Bakı. Trend:
Ucarda transformator yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “Azərişıq” ASC-yə məxsus transformatorun yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.