...

"Azərbaycan Dəmir Yolları": Günahkar sürücüdür

Hadisə Materials 5 Aprel 2017 13:51 (UTC +04:00)
Hadisə nəticəsində 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb.
"Azərbaycan Dəmir Yolları": Günahkar sürücüdür

Bakı. Trend:

Aprelin 5-də saat 03 radələrində dəmir yolunun Mürsəlli-Osmanlı mənzilinin 62-ci km-də yerləşən qorunmayan keçiddə yük qatarı Sabirabad rayon sakini Əflatun Dəmirqulu oğlu Məmmədovun idarə etdiyi "QAZ-31-10" markalı "54-BJ-709" dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Trend-ə bildirib ki, hadisə nəticəsində Sabirabad rayonu Hacıbəbirli kənd sakinləri 1967-ci il təvəllüdlü Əflatun Dəmirqulu oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Asəf Əkbər oğlu Məmmədov hadisə yerində dünysını dəyişib, xəsarət alan Sabirabad rayonu Nizami kənd sakini Zakir Ağasəf oğlu Baxşəliyev xəstəxanaya yerləşdirilib.

Hadısədən sonra yük qatarı avtoqoşqusuna ilişən avtomaşınla 250 metr aralıda dayanıb.

Qeyd edək ki, həmin sahədə qatarların hərəkət sürəti saatda 80 km-dir. Hadisə “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin 1, 2, 3-cü bəndlərinin tələbləri sürücü tərəfindən kobud surətdə pozulduğuna görə nəqliyyat vasitəsinin qatarın yoluna çıxması nəticəsində baş verib.

Hadisə nəticəsində 672 saylı Bakı-Astara-Horadiz sərnişin qatarı hərəkət cədvəlindən çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti