Bakı. Trend:
Çinin Çunçun bələdiyyəsinin Kayçjou rayonunda yük maşını uçurumdan düşüb.
Trend-in Çinin Mərkəzi Televiziyasına (CCTV) istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Yük maşınında sürücüdə daxil olmaqla, 12 nəfər olub.
Xəbərdə deyilir ki, 2 nəfər hadisə yerində, 5 nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Xəsarət alanların vəziyyəti stabil dəyərləndirilir.
Qəzanın səbəbləri müəyyənləşdirilir.