...

Bakıda yaşayış binasında yanğın olub, 40 nəfər təxliyə edilib

Hadisə Materials 24 Aprel 2017 06:35 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub, 40 nəfər təxliyə edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyyə, 8 nəfər azyaşlı uşaq xilas edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti