...

Bakıda zəncirvari qəza - ölən var

Hadisə Materials 1 İyun 2017 12:13 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib
Bakıda zəncirvari qəza - ölən var

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub.

Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb.

Hadisə ilə bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti