...

Aviasiya məktəbində YANĞIN

Hadisə Materials 6 İyun 2017 19:17 (UTC +04:00)
İrkutskda keçmiş hərbi aviasiya məktəbinin korpuslarının birində yanğın baş verib.
Aviasiya məktəbində YANĞIN

Bakı. Trend:

İrkutskda keçmiş hərbi aviasiya məktəbinin korpuslarının birində yanğın baş verib. Trend-in məlumatına görə, hadisə şahidləri bildiriblər ki, yanğın aerodinamik korpusda başlayıb, daha sonra alov zabitlər klubuna keçib. Hazırda binadakı qiymətli eksponatlar yerləşən muzey binası da yanğın təhlükəsi altındadır.

Fövqəladə Hallar Xidmətinin mətbuatla iş üzrə rəhbəri Andrey Şurov isə insidentlə bağlı Rusiya KİV-ə bildirib ki, yanğının söndürülməsi üçün əlavə canlı qüvvə və texnika cəlb edilib. O, qeyd edib ki, ətrafdakı sakinlər üçün heç bir təhlükə yoxdur.

Yanğının baş vermə səbəbləri hələ məlum deyil.

Xəbər lenti

Xəbər lenti