...

Çantadan 800 manata yaxın pul oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 12 İyun 2017 17:28
Nəsimi rayonunda qadının pulqabısını oğurlayan şəxs saxlanılıb.
Çantadan 800 manata yaxın pul oğurlayan şəxs saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Nəsimi rayonunda qadının pulqabısını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin məsul növbətçisi, polis mayoru Arif Həbibli növbədən sonra evinin yaxınlığındakı "Zabitlər bağı"nda qadının çantasından pulqabısını götürüb aradan çıxdığını görüb.

Polis mayoru həmin şəxsi yaxalamağa müvəffəq olub. O, bu barədə ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə məlumat verib və həmin şəxsi hadisə yerinə gələn əməliyyat qrupunun əməkdaşlarına təhvil verib.

Yaxalanan şəxsin Bakı şəhər sakini Anton Çernov olması müəyyən edilib. A.Çernovun oğurladığı, içərəsində 829 manat, bankomat kartları və sənədlər olan pulqabı zərərçəkmiş qadına qaytarılıb.

Araşdırmalarla həmçinin A.Çernovun Xətai rayonu ərazisində müvəqqəti yaşadığı mənzildən kirayə haqqını ödəmədən çıxıb getməsi, hətta oradan 2 ədəd kondisioner, paltaryuyan, soyuducu, kombi, soba, televizor və ev telefonunu oğurlaması da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, A.Çernovun digər cinayətlərdə iştirakı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti