...

Gödəkçəsinin cibinin astarından tiryək çıxdı

Hadisə Materials 30 İyun 2017 13:20 (UTC +04:00)
Gömrükdə vətəndaşın gödəkçəsinin cibinin astarından tiryək çıxıb.
Gödəkçəsinin cibinin astarından tiryək çıxdı

Bakı. Trend:

Gömrükdə vətəndaşın gödəkçəsinin cibinin astarından tiryək çıxıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı onun gödəkçəsinin cibinin astarından xalis çəkisi 0,181 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti