...

Xəzərdə batan 5 nəfər xilas edilib

Hadisə Materials 1 Avqust 2017 17:57 (UTC +04:00)
Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib.
Xəzərdə batan 5 nəfər xilas edilib

Bakı. Trend:

Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:20-də başa çatıb.

Bundan öncə isə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:05-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti