...

Bakıda kirayənişinlər arasında dava: xəsarət alan var

Hadisə Materials 14 Avqust 2017 18:45 (UTC +04:00)
Bakıda kirayənişinlər arasında dava düşüb.
Bakıda kirayənişinlər arasında dava: xəsarət alan var

Bakı. Trend:

Bakıda kirayənişinlər arasında dava düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.

Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti