...

Bakıda evə basqın edilib, ev sahibi döyülüb

Hadisə Materials 22 Avqust 2017 14:32 (UTC +04:00)
Bakıda evə basqın edilib.
Bakıda evə basqın edilib, ev sahibi döyülüb

Bakı. Trend:

Bakıda evə basqın edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti