...

Polis çətənə kollarına qarşı mübarizə aparır (FOTO)

Hadisə Materials 29 Avqust 2017 11:34 (UTC +04:00)
Ümumi çəkisi 2145 kiloqram olan, yabanı halda bitən 3380 ədəd narkotik xassəli çətənə kolu aşkar olunub.
Polis çətənə kollarına qarşı mübarizə aparır (FOTO)

Bakı. Trend:

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2017” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qusar rayon Polis şöbəsi (RPŞ) Şahdağ Polis bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsinə başlanılıb.

Həyata keçirilən kompleks yoxlama və əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kəndində yerləşən çay kənarı ərazidə ümumi çəkisi 2145 kiloqram olan, yabanı halda bitən 3380 ədəd narkotik xassəli çətənə kolu aşkar olunub. Həmin çətənə kolları Şahdağ PB əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik edə bilərlər. Belə ki, yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti