...

FHN: Oğuzdakı meşə yanğını söndürülüb

Hadisə Materials 29 Avqust 2017 19:45 (UTC +04:00)
Yanğın FHN-nin yanğınsöndürmə qüvvələri tərəfindən sondürülüb.
FHN: Oğuzdakı meşə yanğını söndürülüb

Bakı. Trend:

Oğuzdakı meşə yanğını söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunun Xaçmaz kəndində meşə zolağında baş vermiş yanğın FHN-nin yanğınsöndürmə qüvvələri tərəfindən sondürülüb.

Qeyd edək ki, Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınların söndürürlməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, həmçinin Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti