...

ETSN: İsti və külək Oğuzdakı yanğının söndürülməsində çətinliklər yaradıb

Hadisə Materials 31 Avqust 2017 16:16 (UTC +04:00)
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisəsi baş verib.
ETSN: İsti və külək Oğuzdakı yanğının söndürülməsində çətinliklər yaradıb

Bakı. Samir Əli - Trend:

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş verən yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan yanğınsöndürən maşınların əraziyə qalxması mümkün olmayıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir.

Hava şəraiti isti və küləkli olduğundan yanğının söndürülməsində çətinliklər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti