...

Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb - İki divar arasında qalıb

Hadisə Materials 1 Sentyabr 2017 14:07 (UTC +04:00)
Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb.
Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb -  İki divar arasında qalıb

Bakı. Trend:

Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda 1 nəfər mənzildə təmizlik işləri apararkən pəncərədən yıxılıb və iki divar arasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərib və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əməliyyat saat 11:18-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti