...

Avtomobilin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar olunub

Hadisə Materials 7 Sentyabr 2017 10:03 (UTC +04:00)
Avtomobilin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar olunub.
Avtomobilin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar olunub

Bakı. Trend:

Avtomobilin yanacaq çənində külli miqdarda pirotexniki vasitə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, üzərində "Çernaya smert" yazısı olan 300 qutu (hər birində 10 ədəd olmaqla) pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti