...

Xınalıqda diametri 7 mm olan dolu düşüb

Hadisə Materials 8 Sentyabr 2017 11:47 (UTC +04:00)
Sentyabrın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Xınalıqda diametri 7 mm olan dolu düşüb

Bakı. Trend:

Sentyabrın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumata görə, ölkə ərazisinə dolu düşüb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi-Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.

Oğuz rayonunun Sincab, Xaçmaz-Sincan, Xaçmaz-Qışlaq, Dəymədərə, Mollalı kəndlərində və İsmayıllıda xırda dənəli, Xınalıqda isə diametri 7 mm olan dolu düşüb.

Gəncə, Naxçıvan, Şərur, Quba, Xınalıq, Naftalan, Neftçala, Ağstafa, Şəmkir, Mingəçevir, Biləsuvar, Şirvan, Nabran, Qazıməmməd, Şamaxı, Tovuz, Yevlax, Ceyrançöl, Zərdab, Tərtər, Bərdə, Sabirabad, Göyçay, Ağdam, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti