...

Bakıda karton sexi yanıb

Hadisə Materials 14 Sentyabr 2017 16:40 (UTC +04:00)
Bakıda karton sexində yanğın olub.
Bakıda karton sexi yanıb

Bakı. Trend:

Bakıda karton sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 220 kv.m olan karton istehsalı sexinin içərisində 1 ədəd dəzgah və 30 kv.m sahədə karton tullantıları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti