Bakı. Trend:
Çexiyanın Vışkove şəhərində Hərbi Akademiyanın ərazisində əl qumbarası partalyıb. Trend-in məlumatına görə, bu barədə ölkə Müdafiə Nazirliyinin nümayəndəsi Yan Peyşek xəbər verib.
İnsident nəticəsində 1 nəfərin öldüyü, daha bir nəfərin isə yaralandığı bildirilib.
Məlumata görə, əl qumbarasının partlaması nəticəsinə yaralanan şəxs gözündən xəsarət alıb.
Hadisənin baş vermə səbəbləri hələ məlum deyil. Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, faktla bağlı hərbi polis araşdırmalara başlayıb.