...

Prokuror pul "yeyən" baş mühasibə 9 il cəza istədi

Hadisə Materials 9 Oktyabr 2017 15:30 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini Fikrət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror pul "yeyən" baş mühasibə 9 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini Fikrət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı F.Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, F.Cəfərov vəzifə səlahiyyətlərindən istfadə edərək, marketə məxsus 83 min manatı mənimsəməkdə təqsirləndirilir. O, Bakıda fəaliyyət göstərən "Ballı" ticarət şəbəkəsinin baş mühasibi vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti