Bakı. Trend:
Dərmanları corablarında gizlədərək Rusiyaya aparmaq istəyən azərbaycanlı gömrükdə saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın ayağındakı corablarda 6 konvalyut (60 kapsul) "Tramadol 50 mq" və 1 konvalyut (7 həb) "Tramadol HCI 150 mq" markalı dərman preparatları aşkar olunub.
Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.