...

Moskvada muzey yanır - Təxliyə aparılır

Hadisə Materials 3 Noyabr 2017 16:25 (UTC +04:00)
Moskvada Puşkin adına İncəsənət muzeyində yanğın başlayıb
Moskvada muzey yanır - Təxliyə aparılır

Bakı. Trend:

Moskvada Puşkin adına İncəsənət Muzeyində yanğın başlayıb. Trend-in məlumatına görə, yanğın muzeyin damında başlayıb.

Hazırda təxliyə aparılır. Muzeyin daxilində yanğının olub-olmaması barədə məlumat verilmir.

İlkin məlumata görə, yanğın şəxsi əşyalar qorunan bölmənin ventilyasiya sistemində başlayıb. Hazırda muzeyin damında qatı tüstü müşahidə edilir. Hadisə yerinə 10 yanğınsöndürən maşın cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti