...

İtkin düşən balıqçıların cəsədləri tapılıb (YENİLƏNİB)

Hadisə Materials 12 Noyabr 2017 18:23 (UTC +04:00)
Xəzər dənizində itkin düşən ikinci balıqçının da cəsədi tapılıb.
İtkin düşən balıqçıların cəsədləri tapılıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 17:03-da yayılıb)

Bakı. Trend:

Xəzər dənizində itkin düşən ikinci balıqçının da cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 11 noyabr 2017-ci il tarixində Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxan və geri qayıtmayan Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyitləri "Orion-25" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarıllb və aidiyyəti üzrə təhvil verilib.

XXX

17:03

Xəzərdə itkin düşən 2 balıqçıdan 1-nin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 11 noyabr 2017-ci il tarixində Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxan və geri qayıtmayan vətəndaşlardan birinin meyiti Dövlət Neft Şirkətinin "Orion" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb.

İtkin düşən digər şəxsin axtarışları davam etdirilir.

Axtarışlarda Fövqəladə Hallar Nazirliyinim Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti də iştirak edir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti