...

Konqoda qatar aşdı, alışdı - 33 nəfər ölü

Hadisə Materials 13 Noyabr 2017 14:49 (UTC +04:00)
Konqo Demokratik Respublikasının Lualaba əyalətində yük qatarının qəzaya uğrması nəticəsində azı 33 nəfər həlak olub
Konqoda qatar aşdı, alışdı - 33 nəfər ölü

Bakı. Trend:

Konqo Demokratik Respublikasının Lualaba əyalətində yük qatarı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində azı 33 nəfər həlak olub.

Hadisənin təfərrüatlarında bildirilir ki, yanacaq maddə daşıyan qatarda bir qrup sərnişin də aparılırmış.

Məlumata görə, qatar dağlıq ərazidə hərəkət edərkən relsdən çıxıb və dərəyə yuvarlanıb. Qəza nəticəsində vaqonlardakı yanacaq maddələr yanmağa başlayıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti