...

Maştağada 32 yaşlı kişi özünə çoxsaylı bıçaq xəsarətləri yetirdi - yolda keçindi

Hadisə Materials 6 Dekabr 2017 09:33 (UTC +04:00)
Bakıda 32 yaşlı kişi özünü bıçaqlayıb.
Maştağada 32 yaşlı kişi özünə çoxsaylı bıçaq xəsarətləri yetirdi - yolda keçindi

Bakı. Samir Əli - Trend:

Bakıda 32 yaşlı kişi özünü bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Qadir Tahir oğlu yaşadığı evdə özünə qəsd edib. O, özünə bir neçə bıçaq zərbəsi vurub. Q.Əliyev ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti