...

Sumqayıtda ağır qəza: ölənlər var

Hadisə Materials 8 Dekabr 2017 03:31 (UTC +04:00)
Fövqaladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur
Sumqayıtda ağır qəza: ölənlər var

Bakı. Trend:

Fövqaladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur.

FHN-dən Trendə-ə verilən məlumata görə,nəticədə minik avtomobilində olan 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti