...

Avtomobilin qapısında pirotexniki vasitələr gətirmək istədi, yaxalandı (FOTO)

Hadisə Materials 9 Dekabr 2017 11:28 (UTC +04:00)
Gürcüstandan Azərbaycana gizli gətirilən pirotexniki vasitələr aşkar edilib.
Avtomobilin qapısında pirotexniki vasitələr gətirmək istədi, yaxalandı (FOTO)

Bakı. Trend:

Gürcüstandan Azərbaycana gizli gətirilən pirotexniki vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama nəticəsində, avtomobilin qapılarının içərisindən "Cock Crowing At Dawn" adlı 27000 ədəd pirotexniki vasitə aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti