Bakı. Trend:
Bakıda sürət qatarı adam vurub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə dekabrın 23-də baş verib. Saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub və piyada hadisə yerində ölüb.
Araşdırma aparılır.