...

Bakıda gözəllik salonu qarət edilib

Hadisə Materials 2 Yanvar 2018 12:12 (UTC +04:00)
Bakıda gözəllik salonu qarət edilib.
Bakıda gözəllik salonu qarət edilib

Bakı. Trend:

Bakıda gözəllik salonu qarət edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə veilən məlumata görə, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyü və rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti