...

"Milli On"un qıfılını sındırıb pul oğurladı - ələ keçdi (FOTO)

Hadisə Materials 9 Yanvar 2018 12:19 (UTC +04:00)
Nizami rayonunda “Milli On” terminalından oğurluq edən şəxs saxlanılıb.
"Milli On"un qıfılını sındırıb pul oğurladı - ələ keçdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Nizami rayonunda “Milli On” terminalından oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

DİN-in “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manat pulun oğurlanması barədə məlumat daxil olub. Məlumat dərhal ərazi üzrə Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə ötürülüb.

Bölmə əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, paytaxt sakini Kamran Kərimov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində üzərində gəzdirdiyi balta ilə gecə saatlarında həmin aparatı qırdığını və oradakı pulları taladığını bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti