...

Mağazadan 10 min manatdan artıq pul oğurlayan iki qardaş saxlanılıb

Hadisə Materials 5 Fevral 2018 12:42 (UTC +04:00)
Qaxda oğurluq edən iki qardaş saxlanılıb.
Mağazadan 10 min manatdan artıq pul oğurlayan iki qardaş saxlanılıb

Bakı. Trend:

Qaxda oğurluq edən iki qardaş saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhər ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla obyektə qeyri-qanuni yolla daxil olmaqla oradan ümumilikdə 10.300 manat və 100 ABŞ dollarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan 2 qardaş müəyyən edilərək saxlanılıblar.

Əvvəllər də məhkum olunmuşlar - Elsevər və Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvarın 21-də və 30-da digər 2 mağazadan da pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti