...

Türkiyədə məktəbdə partlayış - Yaralılar var

Hadisə Materials 6 Fevral 2018 13:34 (UTC +04:00)
Türkiyənin İzmir vilayətində məktəblərin birində partlayış baş verib
Türkiyədə məktəbdə partlayış - Yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətində məktəblərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində beş nəfər yaralanıb.

Yaralılar arasında məktəblilərin də olduğu deyilir. İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti normal qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti