...

Bakıda mənzildən kişi meyiti tapılıb

Hadisə Materials 24 Fevral 2018 17:11 (UTC +04:00)
Nəsimi rayonunda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.
Bakıda mənzildən kişi meyiti tapılıb

Bakı. Trend:

Nəsimi rayonunda mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1966-cı il təvəllüdlü Sultanov Elman İsayeviçin meyitini aşkarlayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti