...

Toy hədiyyəsindən bomba çıxdı, partlayış oldu

Hadisə Materials 25 Fevral 2018 12:26 (UTC +04:00)
Hindistatnda yenicə toyu olmuş cütlüyə göndərilən hədiyyələrin birinə naməlum şəxsər tərəfindən bomba qoyulub
Toy hədiyyəsindən bomba çıxdı, partlayış oldu

Bakı. Trend:

Hindistatnda yenicə toyu olmuş cütlüyə göndərilən hədiyyələrin birinə naməlum şəxsər tərəfindən bomba qoyulub.

Trend-in verdiyi məlumata görə, yeni evlənənlər qutunu açarkən partlayış baş verib.

Hadisənin Odişa ştatında toy mərasimindən bir neçə gün sonra baş verdiyi bildirilir.

Partlayış nəticəsində bəyin nənəsi hadisə yerində həlak olub, o özü isə sonradan xəstəxanada dünyasını dəyişib. Qadının vəziyyəti ağır olaraq qalır.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti