...

"Femida 007" qəzetinin baş redaktoru dəm qazından boğularaq ölüb

Hadisə Materials 2 Mart 2018 14:59 (UTC +04:00)
Bakıda baş redaktor dəm qazından boğularaq ölüb.
"Femida 007" qəzetinin baş redaktoru dəm qazından boğularaq ölüb

Bakı. Samir Əli - Trend:

Bakıda baş redaktor dəm qazından boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida 007" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti