Bakı. Trend:
Sabirabad rayonunda yanğın hadisəsi qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Şəhriyar kəndində ümumi sahəsi 70 m2 olan talvarın altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Talvar, bitişik tövlə və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.