...

İstanbulda fabrikdə işçilərin üzərinə rəflər aşıb: yaralılar var

Hadisə Materials 15 Mart 2018 12:09 (UTC +04:00)
İstanbulda fabrikdə işçilərin üzərinə rəflər aşıb.
İstanbulda fabrikdə işçilərin üzərinə rəflər aşıb: yaralılar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda fabriklərin birində işçilərin üzərinə yük rəflərinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.

Trend-in məlumatına əsasən, hadisə yerli vaxtla saat 10:00-da baş verib.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin normal olduğu bildirilir.

Hadisənin səbəbinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti