Bakı. Trend:
Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.
FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Sarvanlar kəndində ümumi sahəsi 24 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.