...

Sumqayıtda uşaq bağçasının yaxınlığında 2 ədəd qumbara tapılıb (FOTO)

Hadisə Materials 29 Mart 2018 18:27 (UTC +04:00)
Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 2 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.
Sumqayıtda uşaq bağçasının yaxınlığında 2 ədəd qumbara tapılıb (FOTO)

Bakı. Trend:

Sumqayıtda 2 ədəd qumbara aşkarlanıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 2 ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti