...

Borclu qismində axtarışda olan 37 nəfər saxlanılıb

Hadisə Materials 6 Aprel 2018 09:51 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.
Borclu qismində axtarışda olan 37 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti