...

Masallıda qəbiristanlıqda törədilən qətlin üstü açıldı

Hadisə Materials 9 Aprel 2018 12:49 (UTC +04:00)
Masallıda qəbiristanlıqda törədilən qətlin üstü açılıb.
Masallıda qəbiristanlıqda törədilən qətlin üstü açıldı

Bakı. Trend:

Aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbiristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti