Bakı. Trend:
Bakı şəhərinin Binəqədi rayonunda "BMW" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb.
Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.