...

Ukraynada məktəbdə püskürdülən aerozol 36 uşağı xəstəxanaya saldı

Hadisə Materials 21 May 2018 17:18 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın Nikolayev şəhərində məktəbdə naməlum aerozol maddə püskürdülüb. Trend-in məlumatına görə, dərhal məktəbdə təxliyə aparılıb, 400 uşaq təxliyə olunub.

Daha öncə xəstəxanaya 32 uşağın yerləşdirilməsi barədə məlumat yayılsa da, daha sonra 36 uşağın xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xəstəxanaya yerləşdirilən uşaqlarda başgicəllənmə, gözlərin sulanması və güclü öskürək müşahidə olunur.

Hazırda məktəbin binasında araşdırma davam edir, hadisə yerində təcili tibbi yardım briqadası və polis əməkdaşları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti