Bakı. Trend:
Tacikistanın Xatlon vilayətində güclü daşqın nəticəsində iki nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində 26 yaşayış evi tamamilə dağılıb.
Qeyd olunur ki, bölgədə yağan aramsız yağışlar daşqına, eləcə də torpaq sürüşməsinə səbəb olub.
Bölgədən 1500-dən çox sakin təxliyə olunub. Hazırda daşqın və sürüşmənin fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir.