...

Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 120-ə çatıb

Hadisə Materials 25 İyun 2018 09:14 (UTC +04:00)

Bakı. Trend:

Qvatemalada vulkandan sonra daha 8 nəfərin meyiti tapılıb.

Trend-in məlumatına görə, milli polis idarəsi itkin düşdüyü barədə məlumat verilən insanların meyitlərini aşkar edib.

Qeyd edək ki, Fueqo vulkanı iyunun 3-də püskürüb. İndiyədək 120 nəfərin meyiti tapılıb. Daha 189 nəfərin itkin düşdüyü bildirilir. 57 nəfər xəsarət alıb, 186 ev dağılıb.

Xəbər lenti

Xəbər lenti