...

DİN Hacıqabulda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

Hadisə Materials 1 Avqust 2018 12:20 (UTC +04:00)
Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
DİN Hacıqabulda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

Bakı. Trend:

Hacıqabul rayonunun Qarasu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 31-də saat 19 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini Müşfiq Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini Ruslan Məmmədova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə M.Əliyevin sərnişinlərindən arvadı Səmayə, qardaşının arvadı Xatirə Əliyeva və onun oğlu Rizvan hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti