...

Daşkəsəndə süni göldə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 8 Avqust 2018 11:04 (UTC +04:00)
Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb.
Daşkəsəndə süni göldə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

İlk xəbər saat 09:29-da yayımlanıb

Bakı. Trend:

Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatmışdır.​

XXX

09:29

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonu, Əmirvar kəndində süni göldə 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti