...

Şəmkirdə silahlı insident olub

Hadisə Materials 15 Avqust 2018 13:23 (UTC +04:00)
Şəmkir şəhəri ərazisində münaqişə zəminində tüfəngdən açdığı atəşlə şəhər sakini O.Həsənovu yaralayan N.Niftalıyev saxlanılıb
Şəmkirdə silahlı insident olub

Bakı. Trend:

Şəmkirdə silahlı insident olub.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti