...

Ucarda minik avtomobili aşıb

Hadisə Materials 24 Avqust 2018 16:19 (UTC +04:00)
Ucar rayonunun Küçəkənd kəndində “Hyundai” markalı minik avtomobili yolda idarəetməni itirərək aşıb.
Ucarda minik avtomobili aşıb

Bakı. Trend:

Ucar rayonunun Küçəkənd kəndində “Hyundai” markalı minik avtomobili yolda idarəetməni itirərək aşıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfəri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti