...

Beyləqanda partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 25 Oktyabr 2018 03:57 (UTC +04:00)
Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.
Beyləqanda partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Bakı. Trend:

Beyləqan rayonunun Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu barədə 23 oktyabr tarixində günorta saatlarında Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DİN-in Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 23 oktyabr tarixində baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 24 oktyabr tarixində də davam etdirilmiş, nəticədə əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 26 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti